Xətai rayonu ərazisində - Ağ Şəhərdə zəncirvari yol qəzası baş verib.
News365.az Qafqazinfo-ya istinadən xəbər verir ki, “OUD Baku” restoranının qarşısında 7 avtomobil toqquşub. Nəticədə, “Porsche”, “Range Rover”, 2 ədəd “BMW” və digər markalı avtomobillərə ciddi zərər dəyib.
Bildirilib ki, hadisəyə idarəetmədən çıxan avtomobillərdən biri səbəb olub.
Qəzada xəsarət alan olmayıb. Faktla bağlı araşdırma aparılır.
***
Ötən gecə Xətai rayonu Ağ Şəhər kompleksi 3-cü Şərq küçəsində saat 23:30 radələrində baş vermiş hadisə nəticəsində “Ronge Rover”, “Porsche”, “Mercedes”, “BYD”, “Audi”, “Hyundai” və “BMW” markalı avtomobillərə zərər dəyməsi müəyyənləşib.
Hadisə yerindən görüntüləri təqdim edirik: