ABŞ prezidenti Donald Trampın administrasiyası "Trampın işi"ində iştirak etmiş Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri arasında genişmiqyaslı "təmizləmə" işlərinə başlayıb. Bu barədə Washington Post (WP) qəzeti məlumat yayıb. Nəşr öz mənbələrinə istinad edib.
"Bu məsələnin nə qədər agentə təsir edə biləcəyi bəlli deyil. Lakin məmurlar mümkün ixtisarlar üçün potensial olaraq yüzlərlə işçini sıyahıya salıblar", -nəşr yazıb.
Xüsusilə maraq dairəsinə düşən o agentlər olur ki, onlar xüsusi prokuror Cek Smitin Trampın 2020-ci il seçkilərini ləğv etmək cəhdləri və məxfi sənədlərlə arzuolunmaz rəftar etməsi ilə bağlı məsələlər üzərində araşdırmalar aparıblar.
Tural