İyunun 1-də Ukrayna Silahlı Qüvvələrinin Rusiya hərbi aerodromlarına təşkil etdiyi hücum Ukrayna tərəfindən düşünülməmiş hərəkət idi. Bu barədə məşhur britaniyalı hərbi analitik Aleksandr Merkuris bildirib.
"Bu, tamamilə düşünülməmiş bir hücum idi və görünür, danışıqlardan əvvəl Moskvaya təzyiq göstərmək üçün hazırlanmışdı",- o deyib.
Britaniyalı hərbi analitikin fikrincə, Kiyev son bir neçə gündə Rusiyanı təxribata çəkmək üçün çox şey edib, lakin Ukrayna Silahlı Qüvvələrinin Rusiya Federasiyasına hücumları olduqca ciddi nəticələr verib.
Xatırladaq ki, iyunun 1-də Ukrayna kod adı "Pautina" olan genişmiqyaslı əməliyyat keçirib. Bu əməliyyat zamanı Rusiyanın 5 hərbi aerodromuna, o cümlədən Murmansk, İrkutsk, İvanovo, Ryazan və Amur vilayətlərindəki obyektlərə hücum edilib.
Bu, münaqişə zamanı Sibirə ilk hücum olub. Əməliyyatı Ukrayna Təhlükəsizlik Xidməti (SBU) təşkil edib və əməliyyat il yarımdan çox müddətə hazırlanıb. Əməliyyatda 117 FPV pilotsuz uçan aparatından istifadə edilib. Onlar gizli şəkildə Rusiya ərazisinə gətirilib və yardımçı tikililərdə- mobil sığınacaqlara yerləşdirilib. Pilotsuz təyyarələr uzaqdan işə salınaraq strateji hədəfləri, o cümlədən Tu-95 bombardmançıları və A-50 təyyarələrini vurub.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçdi. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu 2024-cü ildə gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib. Kurskun işğalda qalmış əraziləri yenidən geri qaytarılıb.
Tural