"Tramp administrasiyası dövründə də zaman-zaman vurğulanırdı ki, Kiyev bizə borcludur."
Politoloq Qədir Aslan bu sözləri News365.az-a açıqlamasında deyib.
Önəmli olan budur ki, ticarət maraqları ilə yanaşı, təhlükəsizlik və diversiya (subortaj) məsələləri də mövcuddur. ABŞ öz maraqlarını qorumaq üçün həmin ərazilərdə bütün zəruri infrastrukturun yerləşdirilməsini şübhəsiz həyata keçirəcək. Bu isə əslində Kiyevin istədiyi bir məsələ idi. Yəni o, çoxdan bəri istəyirdi ki, bir şəkildə – adı NATO olmasın, başqa bir birlik olsun, fərqli formatda da olsa – Vaşinqtonun "çətiri" altına girsin.
Bildiyiniz kimi, bu proses Kiyev üçün həm şərait, həm də şərtlər baxımından olduqca əlverişlidir. O baxımdan da, burada xüsusi fondun yaradılması və maliyyə dəstəyi məsələsi ön plana çıxır.
Qeyd etmək lazımdır ki, Tramp administrasiyası dövründə də zaman-zaman vurğulanırdı ki, Kiyev bizə borcludur. Lakin yeni müqavilələr çərçivəsində bu borclar sıfırlanır və bütün əvvəlki vəsaitlər yenidən qiymətləndirilir. Bu da, əlbəttə, çox önəmlidir.
Sualınıza qayıtsaq, Moskvanın əminliyi ondan qaynaqlanır ki, o, hələ də ənənəvi oyun qaydaları ilə hərəkət edir və bu səbəbdən ortaya yeni bir model və ya şablon çıxmır."