ABŞ-də insident: ölənlər var

ABŞ-də insident: ölənlər var
14:10

ABŞ-nin Şimali Karolina ştatının Uinston Salem şəhərində yerləşən parkda silahlı insident baş verib.

News365.az xəbər verir ki, atışma nəticəsində iki yeniyetmə həyatını itirib, daha beş nəfər yaralanıb.

ABC telekanalı ölənlərin 16-17 yaşlarında olduğunu bildirib. Yaralılar arasında isə 14-19 yaşlarında qızlar yer alır.

İlkin versiyaya görə, yeniyetmələr arasında yaranan mübahisə sonradan gərginləşərək, silahlı toqquşmaya çevrilib. İnsidentlə bağlı istintaqa başlanılıb.


Sizin reklam burada
Sizin reklam burada