Ölkəmizdə kolbasa istehsalı azaldı

Ölkəmizdə kolbasa istehsalı azaldı
13:30

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 9 min 439 ton kolbasa məmulatları istehsal edilib.   

News365.az xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 0,9% və ya 84 ton azdır.  Belə ki, 2024-cü ilin yanvar-aprel aylarında Azərbaycanda 9 min 355 ton kolbasa məmulatları istehsal edilib. 

Mayın 1-nə ölkədə 46,4 ton hazır məhsul ehtiyatı yaranıb ki, bu da 1 il əvvələ nisbətən 8,9 ton, yaxud da 16,1% azdır. 

Qeyd edək ki, bəhs olunan dövrdə ölkədə 1,778 milyard manatlıq qida məhsulları istehsal edilib.


Sizin reklam burada
Sizin reklam burada