Habil Əliyev nazir tərəfindən vəzifəyə təyin olundu

Habil Əliyev nazir tərəfindən vəzifəyə təyin olundu
24 May 2025 14:14

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyində yeni təyinat baş tutub.   

News365.az-ın məlumatına görə, əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyevin müvafiq əmri ilə Habil Əliyev Bakı Regional Filialının müdiri təyin edilib. 

Qeyd edək ki, Habil Əliyev bundan əvvəl Dövlət Məşğulluq Agentliyinin Şirvan-Salyan Regional Məşğulluq Filialının müdiri vəzifəsində çalışıb.


Sizin reklam burada
Sizin reklam burada