"Azərbaycan Türkiyə-İsrail münasibətlərində körpü rolunu oynayır"- Politoloqdan şərh

"Azərbaycan Türkiyə-İsrail münasibətlərində körpü rolunu oynayır"- Politoloqdan şərh
23 May 2025 16:48

Türkiyə və İsrail Suriyada hərbi əməliyyatların koordinasiyası və toqquşmaların qarşısının alınması məqsədilə birbaşa “qaynar xətt”in yaradılması barədə razılığa gəliblər. Məlumatlara görə, bu razılaşma Azərbaycanın ev sahibliyi etdiyi danışıqlar nəticəsində mümkün olub.

Aprel ayından etibarən Bakı şəhərində iki ölkənin nümayəndələri arasında bir neçə görüş keçirilib. Yaxın günlərdə danışıqların beşinci raundunun təşkil olunması planlaşdırılır.

Məsələ ilə bağlı News365.az-a açıqlama verən politoloq Taleh Əliyev bildirib ki, Azərbaycan həm Türkiyə, həm də İsrail ilə strateji tərəfdaşlığa malik olduğu üçün bu vasitəçilik rolu təsadüfi deyil:

“Azərbaycanın təşəbbüsü ilə baş tutan bu diplomatik proses Türkiyə və İsrail arasında münasibətlərin normallaşmasına töhfə verir. Yaxın Şərqdə baş verən geosiyasi dəyişikliklər fonunda bu kimi əməkdaşlıq formatları regional sabitlik baxımından vacibdir.”

Politoloq əlavə edib ki, Azərbaycanın təşəbbüsü hər iki ölkə tərəfindən müsbət qarşılanıb və bu istiqamətdə irəliləyiş üçün zəmin yaradıb.


Sizin reklam burada
Sizin reklam burada