ABŞ-da hava limanı yaxınlığında təyyarə yük maşınına çırpıldı

ABŞ-da hava limanı yaxınlığında təyyarə yük maşınına çırpıldı
14:15

ABŞ-ın Nyu Cersi ştatında yerləşən Newark Liberty Beynəlxalq Hava Limanı yaxınlığında təhlükəli qəza baş verib.

News365.az-ın məlumatına görə, hava limanına eniş etməyə hazırlaşan sərnişin təyyarəsi eniş zolağına yaxın ərazidə hərəkət edən yük maşını ilə toqquşub. Hadisə zamanı təyyarə aşağı hündürlükdə olarkən yol üzərindəki nəqliyyat vasitəsinə dəyib.

Rəsmi qurumlar dərhal hadisə yerinə cəlb olunub və qəzanın səbəblərinin araşdırılmasına başlanılıb. Bildirilib ki, həm təyyarənin eniş prosedurları, həm də hava hərəkətinin idarə olunması və yol nəqliyyatının koordinasiyası ətraflı şəkildə yoxlanılacaq.

News365.az


Sizin reklam burada
Sizin reklam burada