Tehranın Zəngəzur dəhlizi qorxusu – İran səfirindən Paşinyana və Rusiyaya mesaj

Tehranın Zəngəzur dəhlizi qorxusu – İran səfirindən Paşinyana və Rusiyaya mesaj
06 Fev 2025 20:59

İranın Ermənistandakı səfiri Mehdi Sobhaninin İrəvanda keçirdiyi mətbuat konfransında səsləndirdiyi “İran dəhliz məntiqi çərçivəsində Ermənistan ərazisindən keçən istənilən yolun əleyhinədir” açıqlaması çalışdığı ölkənin baş naziri Nikol Paşinyana xəbərdarlıq mesajı əhəmiyyəti daşıyır.

News365.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu deyib.

"Tehran görür ki, Nikol Paşinyan Zəngəzur dəhlizi ilə bağlı Azərbaycanla razılaşmanın yollarını axtarır. İrandakı mühafizəkar qüvvələr isə Paşinyanı durdurmaq üçün səfirlərinə İrəvanda mətbuat konfransı keçirmək təlimatı veriblər. Səfirin “bölgə ölkələri arasında İran yeganə ölkədir ki, Zəngəzur dəhlizi məsələsində Ermənistanın mövqeyini müdafiə edir” cümləsi isə Rusiyaya mesajdır. Məlumdur ki, Rusiya Zəngəzur dəhlizinin öz nəzarəti altında işə düşməsini istəyir. Tehran bunun da əleyhinədir. Tehran Zəngəzur dəhlizinə etiraz edərkən, dəhlizin İrandan keçməsi layihəsini dəstəkləyir. Bunu İranın Ermənistandakı səfiri də təsdiq edib. Erməni jurnalistlərdən biri ona sual verməyib ki, “Ermənistandan keçən dəhlizin əleyhinə olduğunuz halda, necə olur eyni marşrtula İrandan keçən dəhlizin reallaşmasını dəstəkləyirsiz?”


Sizin reklam burada
Sizin reklam burada