Rusiya-Ukrayna müharibəsində daha bir azərbaycanlı həyatını itirib.
Cəlilabad sakini, 1977-ci il təvəllüdlü Azər Maarif oğlu Cəlilov Donetsk istiqamətindəki şiddətli döyüşlərdə həlak olub.
Onun son on ildə Rusiyada yaşadığı və ailəsinin dolanışığını təmin etmək üçün Moskva şəhərində fəhlə işlədiyi bildirilir.
İki övlad atası olan Cəlilovun nəşi artıq Azərbaycana gətirilərək, bu gün-fevralın 23-də rayon qəbiristanlığında torpağa tapşırılıb.