4,6 bal gücündə zəlzələ: Dağıntı və tələfat...

4,6 bal gücündə zəlzələ: Dağıntı və tələfat...
05 İyn 2025 16:55

Qırğızıstanda zəlzələ olub.

News365.az xəbər verir ki, bu barədə respublikanın Seysmologiya İnstitutu məlumat yayıb.

Məlumata görə, Narın vilayətində 4,6 bal gücündə zəlzələ baş verib .

Qeyd olunub ki, zəlzələnin ocağı Qara-Bulak kəndindən 12 km cənub-şərqdə, Narın şəhərindən 79 km aralıda yerləşib.

Qırğızıstan Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, hadisə nəticəsində tələfat və ciddi dağıntı qeydə alınmayıb.


Sizin reklam burada
Sizin reklam burada