Türkiyədə Qurban bayramında 863 yol qəzası baş verdi

Türkiyədə Qurban bayramında 863 yol qəzası baş verdi
06 İyn 2025 16:45

Türkiyədə Qurban bayramında 863 yol qəzası baş verib.

News365.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya özünün "X" hesabında məlumat yayıb.

Onun sözlərinə görə, bu qəzalarda 1 319 nəfər yaralanıb, 10 vətəndaş isə hadisə yerində həyatını itirib.

"Həyatını itirən vətəndaşlarımıza Allahdan rəhmət, yaralılarımıza təcili şəfa diləyirəm. Qurban Bayramı tətilində Təhlükəsizlik və Yol polislərimiz vətəndaşlarımızın təhlükəsizliyi üçün lazımi tədbirləri görür, nəzarətləri böyük bir həssaslıqla davam etdirir", - paylaşımda qeyd olunub.


Sizin reklam burada
Sizin reklam burada