150 milyon illik dinozavr Avropada tapıldı – alimlər təəccübləndi

150 milyon illik dinozavr Avropada tapıldı – alimlər təəccübləndi
22:40

Nəhəng dinozavrların yaşadığı dövrlə bağlı yeni tapıntı alimlərin diqqətini çəkib.

News365.az xəbər verir ki, İspaniyada 150 milyon il yaşı olan fosil üzərində aparılan araşdırmalar onun “Diplodocus” cinsinə aid olduğunu göstərib. Bu, Şimali Amerikadan kənarda aşkarlanan ilk təsdiqlənmiş “Diplodocus” nümunəsidir.

Təxminən 25 metr uzunluğunda olduğu hesab edilən heyvanın quyruq sümüklərindəki xüsusiyyətlər onun bu cinsə aid olduğunu müəyyənləşdirməyə imkan verib.

Tapıntı gec Yura dövründə nəhəng dinozavrların qitələr arasında necə hərəkət etdiyi ilə bağlı yeni suallar yaradıb. 



Sizin reklam burada
Sizin reklam burada