Gün 24 saat olduğu halda saat niyə 12 rəqəmindən ibarətdir?

Gün 24 saat olduğu halda saat niyə 12 rəqəmindən ibarətdir?
06 Noy 2026 23:20

Gün 24 saat davam etsə də, adi divar və qol saatlarında cəmi 12 rəqəm göstərilir. Bunun səbəbi minilliklər əvvəl formalaşmış qədim vaxtölçmə ənənəsidir.

News365.az xəbər verir ki, saatın 12 rəqəmindən ibarət olması qədim Babil sivilizasiyasının riyazi sistemləri ilə əlaqələndirilir. Babillilər hesablamalarda 12 və 60 əsaslı say sistemlərindən istifadə edirdilər. Bu yanaşma zamanın ölçülməsinə də təsir göstərib.

Tarixi ənənəyə əsasən, gün iki hissəyə bölünüb: 12 saat gündüz və 12 saat gecə. Beləliklə, bir günün 24 saatdan ibarət olması qəbul edilib.

Saatda 60 dəqiqənin, dəqiqədə isə 60 saniyənin olmasının da kökləri qədim Babil riyazi sisteminə gedib çıxır.

Müasir saatlarda 12 rəqəmindən istifadə edilsə də, vaxtı göstərmək üçün 24 saatlıq sistem də mövcuddur. Bu sistemdə gün gecə yarısından başlayaraq 00:00-dan 23:59-dək hesablanır.



Sizin reklam burada
Sizin reklam burada