14 türk vətəndaşı İsraildən İordaniya vasitəsilə Türkiyəyə gətirilir

14 türk vətəndaşı İsraildən İordaniya vasitəsilə Türkiyəyə gətirilir
12:22

Oktyabrın 4-də Qlobal Sumud Flotillasına aid gəmilərdə saxlanılan 14 türk vətəndaşı sabah İordaniya vasitəsilə Türkiyəyə çatdırılacaq. Bu barədə Türkiyənin Xarici İşlər Nazirliyi məlumat yayıb.

News365.az xəbər verir ki, məlumata görə, vətəndaşlar İsrail tərəfindən qeyri-insani rəftar və fiziki zorakılığa məruz qalıblar. Sağ-salamat qayıdan fəallar İstanbul Hava Limanında tibbi müayinədən keçəcək və ifadələri alınacaq.

Prosesin gedişini təmin etmək üçün İstanbul Respublika Baş Prokurorluğu tərəfindən 10 prokuror təyin edilib.

Qeyd edək ki, həmin şəxslər oktyabrın 4-də Qlobal Sumud Flotillasına aid digər 36 nəfərlə birlikdə saxlanılmışdılar.

News365.az 


Sizin reklam burada
Sizin reklam burada