"Sabah" Futbol Akademiyasının 10 yaşlılardan ibarət komandası Rusiyanın Kazan şəhərində keçirilən "East Cup Kazan" beynəlxalq turnirinin qrup mərhələsini uğurla başa vurub.
Məhərrəm Müslümzadənin rəhbərlik etdiyi kollektiv qrupda Tacikistanın "Babilon" (2:1), Qırğızıstanın "Abdış-Ata" (9:1) və Qazaxıstanın "Elimay" (6:0) komandalarına qalib gəlib, yalnız Rusiya "Nefteximik"inə 1:2 hesabı ilə məğlub olub.
Beləliklə, "Sabah" qrup mərhələsini birinci sırada tamamlayaraq yarışın həlledici oyununa vəsiqə qazanıb.
Futbolçularımız sabah finalda Rusiyanın "Rubin" komandasından olan həmyaşıdları ilə üz-üzə gələcəklər.