İnternat məktəb niyə bağlanıb?

İnternat məktəb niyə bağlanıb?
16 May 2025 21:30

Zaqatala şəhər İnteqrasiya təlimli internat tipli gimnaziyanın bağlanmasının səbəbi məlum olub.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq, Şəki-Zaqatala Regional Təhsil İdarəsi məlumat verib.

Məlumatda qeyd olunub ki, tədrisin keyfiyyətinin yüksəldilməsi, istedadlı uşaqlarla işin təşkili məqsədilə adıçəkilən məktəbin liseyə çevrilməsi planlaşdırılır:

"Bildiririk ki, dəyişiklik nəticəsində təhsilalanların təhsilalma hüququ tam təmin ediləcək, pedaqoji heyətin ixtisarı həyata keçirilməyəcək".

Xatırladaq ki, 2024-ci ildən bağlanan internat tipli gimnaziyanın liseyə çevriləcəyi ilə bağlı məlumat yayılandan sonra məktəbin müəllim və valideyn kollektivi aksiya keçiriblər.

Onlar bildiriblər ki, internatda valideynlərini itirmiş və tək valideynli uşaqlar imtiyazlı təhsil alırdılar. Lakin liseydə onlar bu imtiyazlardan faydalana bilməyəcəklər.


Sizin reklam burada
Sizin reklam burada