Futbol üzrə Braziliya millisinin yeni baş məşqçisi məlum olub.
News365.az xəbər verir ki, bu barədə Braziliya Futbol Konfederasiyasının rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, 65 yaşlı mütəxəssislə birillik müqavilə imzalanıb.
Qeyd edək ki, italiyalı çalışdırıcı mövsümün sonunda İspaniyanın "Real Madrid" komandasından ayrılacaq.