Azərbaycan parapauerliftinqçisi Dünya Kubokunda 2 qızıl medal qazanıb

Azərbaycan parapauerliftinqçisi Dünya Kubokunda 2 qızıl medal qazanıb
11 May 2025 16:00

Azərbaycanın gənc parapauerliftinqçisi Rəsul Zəkiyev Gürcüstanın paytaxtı Tbilisidə keçirilən Dünya Kubokunda iki qızıl medal qazanıb.

Bu barədə Azərbaycan Milli Paralimpiya Komitəsinin Mətbuat xidmətindən məlumat verilib.

88 kq çəki dərəcəsində yarışan 19 yaşlı idmançı həm ümumi qaldırmada üç hərəkətin cəmində 321 kq nəticə ilə, həm də ən yaxşı qaldırmada 112 kq nəticə ilə qızıl medala sahib çıxıb.


Sizin reklam burada
Sizin reklam burada