“Tautumeytas” qrupunun rusca müsahibəsi narazılıq yaratdı

“Tautumeytas” qrupunun rusca müsahibəsi narazılıq yaratdı
16 May 2025 22:45

Latviyanın “Avroviziya-2025”dəki təmsilçisi “Tautumeytas” qrupu rus dilində müsahibə İnternetdə müğənnilərin jurnalistlərlə rusca söhbətinin videosu yayılıb.

Qızlardan birinə rus dilində qrupun İsveçrədə ictimaiyyət tərəfindən necə qarşılandığı barədə sual verilib. O da suala rusca cavab verib. Rus dilində aparılan dialoq sosial medianın yerli seqmentində narazılığa səbəb olub.

Latviya Milli Media Şurasının rəhbəri İvars Abolinş isə müsahibənin yerli mətbuatda bu formada təqdim edilməsini ciddi şəkildə qınayıb:

“Rus dilində müsahibələrin vergi ödəyiciləri tərəfindən maliyyələşdirilən ictimai media tərəfindən yayımlanması, xüsusən də “Avroviziya” mahnı müsabiqəsi kontekstində qəbuledilməzdir”.


Sizin reklam burada
Sizin reklam burada