10-16 may tarixlərində ABŞ-nin Ohio ştatının Kolumbus şəhərində keçirilən Beynəlxalq Elm və Mühəndislik yarışmasında Sistem proqram təminatı (Systems Software) sahəsində yarışan Avropa Azərbaycan Məktəbinin şagirdi Nicat Tağızadə və Bakı şəhəri 143 nömrəli tam orta məktəbin şagirdi Tural Abdinli müsabiqədə bürünc medal qazanıblar.
Artıq 14 ildir ki Azərbaycan məktəbliləri bu mötəbər yarışda iştirak edir və ötən il də olduğu kimi bu dəfə də Grand mükafat qazanmağa müvəffəq olublar.
Qeyd edək ki, Beynəlxalq Elm və Mühəndislik Sərgisi (Regeneron ISEF) şagirdlər üçün dünyanın ən böyük qlobal elm yarışmasıdır.