Qusarda 2-ci sinif şagirdi olan oğlan uşağı təcavüzə məruz qalıb.
Məlumata görə, hadisə rayonunun Piral kəndi ərazisində baş verib. Kənd sakini olan 2008-ci il təvəllüdlü şəxs orta məktəbdən ikinci sinif şagirdi olan oğlanı aldadaraq kəndin kənarındakı əraziyə aparıb. 17 yaşlı yeniyetmə orada azyaşlıya təcavüz edib.
Məsələ ilə bağlı uşaq ailə üzvlərinə məlumat verib və polis araşdırmalara başlayıb. 17 yaşlı oğlan polisə çağırılaraq izahatı alınıb. Faktla bağlı araşdırma aparılır. Oxu.az