Basketbol millimizdə yeni baş məşqçi

Basketbol millimizdə yeni baş məşqçi
16 May 2025 16:18

16 yaşadək qız basketbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi dəyişib.

News365.az xəbər verir ki, türkiyəli Ferhat Akcan yığmaya təyinat alıb.

O, bu postda Evren Alkayanı əvəzləyib.

E.Alkaya U-18 millisinin baş məşqçi postunda qalıb.

Qeyd edək ki, Ferhat Akcan daha əvvəl Türkiyə II Liqasında çıxış edən "OGM Ormanspor"da köməkçi məşqçi vəzifəsində çalışıb.


Sizin reklam burada
Sizin reklam burada