Paşinyan Makronla görüşünü məhsuldar adlandırdı

Paşinyan Makronla görüşünü məhsuldar adlandırdı
16 May 2025 22:35

Ermənistanın baş naziri Nikol Paşinyan və Fransa prezidenti Emmanuel Makron Albaniyanın paytaxtı Tiranada görüşüb.

Ermənistan mətbuatının yaydığı məlumata görə, bu barədə Paşinyan sosial şəbəkədəki hesabında yazıb.

"Fransa prezidenti Emmanuel Makronla məhsuldar görüş", - Ermənistanın baş naziri qeyd edib.

Ermənistan hökumətinin mətbuat xidmətindən bildirilib ki, tərəflər regional və beynəlxalq prosesləri müzakirə ediblər, Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanmasının və bu istiqamətdə ardıcıl addımların atılmasının vacibliyini qeyd ediblər.

Fransa prezidenti Parisin sülh prosesinə sarsılmaz dəstəyini bir daha vurğulayaraq qeyd edib ki, Cənubi Qafqazda sabitlik və təhlükəsizlik bütövlükdə regional əməkdaşlıq üçün həyati əhəmiyyət kəsb edir.


Sizin reklam burada
Sizin reklam burada