Onlarla şagird dönərdən zəhərləndi

Onlarla şagird dönərdən zəhərləndi
16 May 2025 23:10

Türkiyədə 40 şagird toyuq dönərindən zəhərlənib.

“Haber Global” xəbər verir ki, hadisə Batman şəhərində qeydə alınıb.

Belde Məhəlləsindəki Raman Anadolu Liseyində təhsil alan 40-a yaxın şagirdin səhhətində problem yaranıb. Zəhərlənənlər Batman Təhsil və Araşdırma Xəstəxanasına müraciət ediblər.

Onların bəziləri müalicə olunaraq evə buraxılıb. Digərlərinin səhhətinin qənətbəxş olduğu bildirilir.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.


Sizin reklam burada
Sizin reklam burada