Tanınmış teleaparıcı Amil Xəlil şəxsi "Facebook" səhifəsində restoran qiymətləri ilə bağlı tənqidi paylaşım edib. O, çoban salatının 9 manata satıldığı bir məkan barədə ironik formada belə yazıb:
“Çoban salatını 9 manata satan restoran müdirini salamlayıram.”
Paylaşım sosial şəbəkədə geniş rezonans doğurub. Şərh yazanlar arasında Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov da yer alıb. O, vəziyyətdən məyus olduğunu gizlətməyib və belə qeyd edib:
“Mənim istehlakçı hüquqlarını çox pis qorumağımdandı bu. Utandım!”
Qeyd edək ki, son zamanlar paytaxtda və turizm bölgələrində bəzi restoran və kafelərdə qiymətlərin süni şəkildə artırılması ilə bağlı sosial mediada şikayətlər artıb.
Ekspertlər bu halların qarşısının alınması üçün nəzarət mexanizmlərinin gücləndirilməsini vacib sayırlar.
News365.az