ABŞ prezidenti Donald Tramp rusiyalı həmkarı Vladimir Putinlə mümkün qədər tez danışıqlara başlamağı planlaşdırdığını bildirib.
Amerika liderinin sözlərini “CBS News” yayıb.
“Düşünürəm ki, bizim bunu etməyimizin vaxtı çatıb”, - Tramp bildirib.
O, yaxın vaxtlarda Putinə zəng edəcəyini də qeyd edib.
ABŞ Prezidenti izah edib ki, onun Rusiya lideri ilə görüşü Ukraynadakı münaqişənin həllinə kömək edə bilər.