Azərbaycan millisinin sabiq üzvü Ruslan Əmircanov Madrid “Real”ının akademiyasında təcrübə keçib.
O, ispan klubunun düşərgəsində madridlilərin əfsanələrindən olan Marselo ilə görüşüb.
R.Əmircanov bu barədə feysbuk hesabında paylaşım edib: “Real Madrid” akademiyasının qonağı oldum. Mənim üçün çox möhtəşəm bir təcrübə idi. U-14 və U-11 komandalarının məşq prosesini izlədim. Uşaqların məşqə yanaşmaları, düşüncələri, məşq zamanı verdikləri qərarlar fərqlidir. Yaşlarının az olmasına baxmayaraq, peşəkarlıqlarını gördüm”.