Vətən müharibəsinin iştirakçısı komaya düşdü - FOTO

Vətən müharibəsinin iştirakçısı komaya düşdü - FOTO
16 May 2025 21:10

Vətən müharibəsinin iştirakçısı, Ucar rayon sakini Sübhan Hüseynov komaya düşüb, vəziyyəti kəskin ağırdır.

O, Ucar Rayon Mərkəzi Xəstəxanasında "tükdönməsi" əməliyyatı olunmalı idi. Lakin narkozdan şok keçirib və əməliyyat baş tutmayıb.

Həkimlər onun ailəsinə Sübhanın ayılmadığını, kliniki ölüm keçirdiyini və 72 saat ərzində özünə gələcəyini bildiriblər. Həkimlərin verdiyi məlumata görə, təcili tədbirlər görülməsə, qazimiz həyatını itirə bilər.

Qeyd edək ki, Sübhan Hüseynovun atası İlham Hüseynov Birinci Qarabağ müharibəsində iştirak edib.Bakupost.az



Sizin reklam burada
Sizin reklam burada