Azərbaycanlı futbolçu məşhur alman klubuna keçə bilər

Azərbaycanlı futbolçu məşhur alman klubuna keçə bilər
16 May 2025 23:40

Azərbaycan millisinin "Nürnberq" ilə müqaviləyə qarşılıqlı xitam verən hücumçusu Mahir Emreli ilə Almaniyanın "Kayzerslautern" klubu maraqlanır.

Mətbuatda yayılan məlumata görə, Emreli Almaniyada qalmağa davam etmək istəyir. Hazırda Emreli ilə Bundesliqa və Bundesliqadan-2-dən daha üç klub maraqlanır. Onlardan biri də "Kayzerslautern"dir. Lakin danışıqlar hələ çox irəli getməyib.

Qeyd edək ki, Mahir Emreli "Nürnberq" forması ilə son oyununa çıxmağa hazırlaşır.


Sizin reklam burada
Sizin reklam burada