Zurabişvilinin şikayəti RƏDD EDİLDİ

Zurabişvilinin şikayəti RƏDD EDİLDİ
24 Mar 2025 13:27

Gürcüstan prezidenti Mixeil Xavelaşvili sabiq prezident Salome Zurabişvilinin “Xarici təsirin şəffaflığı" haqqında qanunun ləğvi ilə bağlı konstitusiya şikayətini rədd edib.

Bu barədə yerli KİV-ə istinadən xəbər verir.

Prezident Administrasiyası tərəfindən yayılmış məlumatda bildirilir ki, “Xarici təsirin şəffaflığı haqqında” Gürcüstan qanunu şəffaflıq və hesabatlılıq prinsiplərinə əsaslanır və bu, Gürcüstanın dövlətçiliyinin əsas prinsipinin - milli suverenliyin qorunmasına və ölkənin sabit inkişafına kömək edir.

"Qanun cəmiyyətin xarici qüvvələrin maraqlarını daşıyan təşkilatların maliyyə mənbələri haqqında maksimum məlumatlandırılmasına xidmət edir. Buna görə də, Gürcüstanın Prezidenti Mixeil Xavelaşvili konstitusiya şikayətinə rədd cavabı vermək qərarına gəlib", - məlumatda qeyd edilib.


Sizin reklam burada
Sizin reklam burada