Ermənistanda məmurların, aidiyyəti dövlət qurumlarının yarıtmaz fəaliyyəti hər ötən gün daha çox özünü büruzə verir. Bu, özünü ekoloji, yaşıllaşdırma məsələlərində də göstərir.
Məsələn, ictimai fəal Eduard Ayrumyan özünün Facebook səhifəsində bununla bağlı diqqət çəkən video yayıb. Onun paylaşımı yerli mediada da geniş işıqlandırılıb. Məsələ ondadır ki, havaların qızması ilə əlaqədar iməclik aparan aidiyyəti qurumlar qalın gövdəli ağacları əvvəlcə budadıqdan sonra onları sadəcə kökündən qoparıb atırlar. İctimai fəal bu ərazinin Buzand küçəsi, Maliyyə Nazirliyinin yanı olduğunu yazıb.
Tural