Rusiya Federasiyası İstintaq Komitəsinin mətbuat xidməti diqqət çəkən məlumat yayıb. Qeyd edilib ki, məhkəmə Böyük Vətən Müharibəsi illərində nasist işğalçılarının Xerson vilayətində törətdikləri cinayətləri soyqırımı kimi tanıyıb.
“Böyük Vətən Müharibəsi illərində faşist işğalçılarının müasir Xerson vilayətinin ərazisində törətdikləri cinayətlər məhkəmə tərəfindən SSRİ xalqlarının soyqırımı kimi tanınıb”, - deyə məlumatda bildirilir.
Qurum qeyd edib ki, qərar digər materiallarla yanaşı, Sovet İttifaqının işğal olunmuş ərazisində hərbi qulluqçuların və mülki şəxslərin məqsədyönlü olaraq kütləvi şəkildə məhv edilməsi faktları üzrə cinayət işinin istintaqı çərçivəsində Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi tərəfindən toplanmış sübutlara əsaslanıb.
Arxiv-axtarış işləri, şahidlərin və zərərçəkmişlərin dindirilməsi, faşist işğalçılarının vəhşiliklərinin araşdırılması üzrə Fövqəladə Dövlət Komissiyasının materiallarının öyrənilməsi zamanı mülki əhalinin məhv edilməsi, mülki infrastruktur obyektlərinin, habelə kənd təsərrüfatı müəssisələrinin talan və dağıdılması halları da müəyyən edilib.
1941-ci ilin sentyabrında Geniçesk şəhərinə girən almanlar dinc əhali ilə amansız davranmağa başlayıblar. Sakinlərr işgəncə və əzablara məruz qalıb, əsir düşərgələrinə aparılıblar. Üstəlik, səhhətindən və yaşından asılı olmayaraq insanlar kütləvi şəkildə güllələnib. Cəmi iki aylıq işğaldan sonra nasistlərin yerli sakinləri edam etmək üçün istifadə etdikləri tank əleyhinə xəndəkdə uşaq, qadın və qocalar da daxil olmaqla 500-ə yaxın cəsəd aşkarlanıb.
Tural