"Ölkəmizin tarixində ilk dəfə ən uzunmüddətli bayram tətilləri davam edir. İş günlərinin istirahət günlərinə birləşdirilməsinin iqtisadiyyata təsirləri haqqında daima fikirlərimi yazmışam."
News365.az xəbər verir ki, bu sözləri İqtisadi və Sosial Araşdırmalara Yardım İctimai Birliyinin sədri Eyyub Kərimli deyib.
Onlardan biri də, belə günlərdə bank sektorunun işləməməsi, biznes köçürmələrin dayandırılmasıdır ki, bu da həm bank sektoruna həm də biznes aktivliyinə xeyli çətinliklər yaradırdı.
Banklarımızın fəaliyyətlərini artıq onlayn həyata keçirdikləri və bu məsələyə də daha həssas yanaşmalarını tövsiyyə edirdim. Müsbət bir haldır ki, dünən bankların birindən 25, 27, 28 və 31 martda ölkə daxili və ölkə xarici köçürmələrin həyata keçirilə biləcəyi haqda bildiriş aldım.
Düşünürəm digər banklarda bu cür yanaşmaları tətbiq etsələr uzun tətiillər üçün iqtisadi aktivliyin təmin edilməsinə ciddi tohfə vermiş olarlar."