Sabirabadda “Oba Market”də yanğın baş verib.
News365.az xəbər verir ki, Sabirabad rayonunun Şəhriyar kəndində fəaliyyət göstərən “Oba Market”də yanğın olub.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
Onların operativ müdaxiləsi nəticəsində alovun ətrafdakı tikililərə keçməsinin qarşısı alınıb.
Yanğın zamanı mağazada olan ərzaq və qeyri-ərzaq məhsulları tamamilə yanıb.
Hadisənin səbəbləri araşdırılır.
News365.az videoları təqdim edir: