Yevlaxda AĞIR QƏZA - 5 YARALI - YENİLƏNİB

Yevlaxda AĞIR QƏZA - 5 YARALI - YENİLƏNİB
28 Mar 2025 12:46

Yevlaxda mikroavtobusla minik avtomobilinin toqquşması nəticəsində xəsarət alanların sayı artıb. 

News365.az xəbər verir ki, qəzada xəsarət alanların sayı 6-ya çatıb.

Belə ki, hadisə nəticəsində daha bir nəfər - 1991-ci il təvəllüdlü Çinarə Əliyeva da müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.

***

Yevlaxda mikroavtobusla minik maşını toqquşub, xəsarət alanlar var

News365.az xəbər verir ki, hadisə Xaldan qəsəbəsi ərazisində qeydə alınıb.

Mikroavtobusla "VAZ" markalı avtomobilin toqquşması nəticəsində azı 5 nəfər xəsarət alıb.

Zərərçəkənlər Mingəçevir Mərkəzi Şəhər Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.



Sizin reklam burada
Sizin reklam burada