8 bala yaxın zəlzələ oldu, insanlar binalardan təxliyə edilir

8 bala yaxın zəlzələ oldu, insanlar binalardan təxliyə edilir
28 Mar 2025 11:20

"Rixter cədvəli üzrə 7,4 bal gücündə zəlzələ səbəbindən Banqkokda sakinlər hündürmərtəbəli binalardan təxliyə olunmağa başlayıb". Bu barədə xarici KİV məlumat yayıb.


Zəlzələ yerli vaxtla saat 13:20-də baş verib. Gazeta-nın məlumatına görə, yeraltı təkanlar təxminən 10 dəqiqə davam edib. Təbiət hadisəsinin ocağı Tailandın Ratçaburi əyaləti yaxınlığında olub.

Bundan əvvəl Çilidə 5,4 bal gücündə zəlzələ baş verib. Zəlzələ mərkəzinin məlumatına görə, yeraltı təkanların episentri 105 min insanın yaşadığı Alto Hospisio şəhərindən 123 km şərqdə yerləşib. Zəlzələ ocağı 105 km dərinlikdə yerləşib. Tələfat və dağıntılar barədə məlumat yoxdur.

Həmçinin, martın 25-də Yeni Zelandiya sahillərində də 6,8 bal gücündə zəlzələ qeydə alınmışdı.

Tural


Sizin reklam burada
Sizin reklam burada