Maskdan Ukrayna münaqişəsi ilə bağlı yeni proqnoz

Maskdan Ukrayna münaqişəsi ilə bağlı yeni proqnoz
28 Mar 2025 11:22

ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri, məşhur biznesmen İlon Mask diqqət çəkən açıqlamalar verib. Onun sözlərinə görə, Ukrayna münaqişəsi sülhlə başa çatacaq.


“Düşünürəm ki, sülh sazişi olacaq”,- o, “Fox News”a müsahibəsində deyib.


Amerikalı iş adamı onu da vurğulayıb ki, Rusiya tərəfi ilə danışıqlar aparmaq niyyətində olmayanlar heç bir alternativ təklif ortaya qoymurlar.

Bundan əlavə, Mask Amerika lideri Donald Trampın səylərinin Ukraynadakı münaqişənin sülh yolu ilə həllinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. DOGE rəhbəri ABŞ prezidentinin planını “mütləq şəkildə işləyəcək” yeganə şərt adlandırıb.

Bundan əvvəl, martın 9-da amerikalı milyarder bildirmişdi ki, Ukrayna oliqarxlarına qarşı sanksiyalar tətbiq olunsa, münaqişə bitəcək. O, bunu münaqişə açarı adlandırıb.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural


Sizin reklam burada
Sizin reklam burada