“Trampın məktubunda təhdidlər var” İran XİN

“Trampın məktubunda təhdidlər var” İran XİN
28 Mar 2025 15:03

  İranın xarici işlər naziri Abbas Əraqçı Beynəxalq Qüds Günü yürüşündə yenidən ABŞ prezidenti Donald Trampın məktubuna cavabla bağlı sualı cavablandırıb. 

“Trampın məktubunda təhdidlər var. İran heç vaxt təhdidləri qəbul etməyəcək. Məktubun digər hissəsində diplomatik danışıqlara cəhd edilib”, - deyə, XİN rəhbəri vurğulayıb. 

Əraqçının sözlərinə görə, “Tehran məktubun müxtəlif aspektlərini diqqətlə araşdırıb. Eyni zamanda, müvafiq cavab göndərilib”.


Sizin reklam burada
Sizin reklam burada