Ruslar azərbaycanlı iş adamının obyektini darmadağın etdilər - FOTO

Ruslar azərbaycanlı iş adamının obyektini darmadağın etdilər - FOTO
21 Mar 2025 16:58

Rusiya ordusunun dünən axşam gerçəkləşdirdiyi hava hücumları nəticəsində Ukraynanın Odessa şəhərində fəaliyyət göstərən azərbaycanlı iş adamı Şamil Quliyevə məxsus "Qulivar" ticarət mərkəzi darmadağın olub.

News365.az-ın məlumatına görə, Odessada yaşayan jurnalist-diaspor fəalı Anar Natiqoğlu məlumat verib ki, rusların bombardmanı nəticəsində Şamil Quliyevə məxsus "Qulivar" ticarət mərkəzi tamamilə yanıb.


“Amma yanğın baş verən sırada yerləşən və minlərlə şəhər sakini, onminlərlə məcburi köçkünün ümid yeri olan "Dopomoqa" xeyriyyə fonduna məxsus binanın yanmasının qarşısı alınıb”, - A.Natiqoğlu deyib.


Onun sözlərinə görə, "Dopomoqa" fonduna da Şamil Quliyev rəhbərlik edir.


Bu fond yerli sakinləri və ukraynalı məcburi köçkünləri geyim, ərzaq, gigiyena vasitələrilə təmin edir.


Sizin reklam burada
Sizin reklam burada