Zelenski generalı vəzifəsindən azad etdi - Yeni təyinat

Zelenski generalı vəzifəsindən azad etdi -  Yeni təyinat
24 İyn 2024 21:39

Ukrayna Prezidenti Volodimir Zelenski Silahlı Qüvvələrin Birləşmiş Qüvvələrinin komandanı Yuri Sodolu vəzifəsindən azad edib.

News365.az xəbər verir ki, bu barədə Zelenski özünün "Telegram" kanalında videomüraciətində bildirib.

Məlumata görə, yeni komandan briqada generalı Andrey Qnatov təyin edilib.

“Mən Ukrayna Silahlı Qüvvələrinin Birləşmiş Qüvvələrinin komandanı general-leytenant Yuri Sodolu briqada generalı Andrey Qnatovla əvəz etmək qərarına gəldim”, - Ukrayna lideri deyib.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər