Boliviyada çevriliş cəhdi prezidentin Rusiya səfəri ilə bağlıdır?

Boliviyada çevriliş cəhdi prezidentin Rusiya səfəri ilə bağlıdır?
28 İyn 2024 14:17

Boliviyanın müdafiə naziri Edmundo Novillo diqqət çəkən açıqlamalar verib.

News365.azxəbər verir ki, o,  ölkə prezidenti Luis Arsenin iyunun əvvəlində Rusiyaya səfəri səbəbindən Boliviyada dövlət çevrilişinə cəhdin olduğunu iddia edib. Onun sözlərinə görə, Boliviya və Rusiyanın bir-birinə yaxınlaşması, xüsusən də litium istehsalı sahəsində olan əməkdaşlıqlar digər ölkələrdə mənfi reaksiya yarada bilər.

“İstisna etmirik ki, prezident Luis Arsenin Rusiyaya bu səfəri BRİKS-ə müxalif olan ölkələrdə mənfi reaksiyaya səbəb olub və Boliviya dövlətində uzun müddət dominantlıq etmiş bu dövlətlər məqsədyönlü şəkildə buna davam etmək istəyirlər. Burada məqsəd ölkədə siyasi nəzarətə sahib olmaq və sərvətlərimizi yenidən talamaqdır”, –  Novilyo qeyd edib.

Xatırladaq ki, Luis Arse iyunun 5-də Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumunda iştirak etmək üçün Rusiyaya gəlmişdi. O, Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparıb, tərəflər ikitərəfli əlaqələri, birgə litium hasilatı layihələrini və digər birgə layihələrin həyata keçirilməsini müzakirə ediblər. Bu, liderlərin ilk şəxsi görüşü olub.

Tural

News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər