Metrostansiyalardakı gözəl qızlar kimi və nəyi gözləyir?

Metrostansiyalardakı gözəl qızlar kimi və nəyi gözləyir?
28 İyn 2024 14:01

“Sözlə təsirin azlığını görüb görüntü ilə bunu edirlər. Metrostansiyalarda diqqətlə fikir verin. Model tipli xüsusi gözəl qızlardır, vaqonlar gəlir, minib çıxıb getmirlər. Sütunun qarşısındakı oturacaqda otururlar. Açıq-saçıq otururlar, Şeron Stoun sayağı otururlar. Hardasa yarım saat. Sonra çıxıb gedirlər başqa stansiyada otururlar. Niyə? Göz öyrəşdirirlər. Bilirlər ki, adamlarımızın öz fərqli düşüncəsi azdır”.

Bunu News365.az –la söhbətində yazıçı Azər Qismət deyib. O bildirib ki, bunu məqsədli şəkildə edirlər:

“Məsələn, bir paltar mağazası 5-6 nəfəri öyrədib deyər ki, gedin metrolara və tutaq ki, sarı rəngli donu nümayiş etdirib çıxın. Söz yayılacaq ki, sarı rəng dəbdədir, bu gün sarı paltarlı adamları çox gördüm, biz də sarı paltar geyinək. Stansiyalarda yarım saat oturan qızlar kimisə gözləmirlər. Necə olur ki, son bir həftədə eyni cür hadisəni çox görürəm. Öyrədilmiş adamlardır. Vaqonlarda öpüşürlər, cinsi azlıqlar bir-biri ilə oyun çıxarırlar. Kimsə baxanda sanki dava axtarırlarmış kimi "nə baxırsan" deyə bağırırlar. Gözə vərdiş üsulu. Artıq çox şeylər gecdir. Xüsusi plan üzrə işləyənlər "gözəl" işlədilər. Biz müxtəlif gizli qurumların eksperiment laboratoriyasındayıq. Bircə onu deyim ki, pula görə nə qədər ora-bura işləyən varmış bu ölkədə. Bunu necə asanlıqla etmək fəlsəfəsini yeridiblər beyinlərə”.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər