İravunk: Paşinyan ətrafının telefonlarını dinləyir

İravunk:  Paşinyan ətrafının telefonlarını dinləyir
28 İyn 2024 18:30

“Gözəl təbəssümü və qayğısız velosiped sürməsi ilə komandasına və Ermənistan cəmiyyətinə tam arxayın olduğunu göstərməyə çalışan Nikol əslində öz kölgəsindən belə şübhələnməyə başlayıb”.

Bu məlumat Ermənistanın müxalif “İravunk” qəzetində yer alıb.

Gələn məlumatlara görə, Paşinyan hüquq-mühafizə orqanlarının rəhbərlərinə partiyanın bütün üzvlərinin telefonlarını dinləməyi tapşırıb.

Xüsusilə, o, öz şeflərinin adına and içən üzvlərdən şübhələnməyə başlayıb, lakin bu andlar artıq onun üçün bir qəpik də dəyər kəsb etmir.

Şayiələrə görə, “Nikol indi öz fədailərini yalnız həyat yoldaşı Anna Akopyanın “məsləhətlərindən” sonra seçir”,- deyə yazıda qeyd olunub.


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər