Cəlilabaddakı bədbəxt hadisənin təfərrüatı: “Suya tullansa da, yardım edə bilməyib“

Cəlilabaddakı bədbəxt hadisənin təfərrüatı:  “Suya tullansa da, yardım edə bilməyib“
28 İyn 2024 14:03

Cəlilabadda bədbəxt hadisə baş verib.

Hadisə rayonun İncəçay su anbarının yerləşdiyi Gülməmmədli kəndində qeydə alınıb. Belə ki, iki yeniyetmə çimmək üçün bu əraziyə gəlib. Onlardan biri - 11 yaşlı Səməd Mənsurov suya girib və batıb.

"Uşağın ayağı sürüşərək suya düşüb. O biri uşaq isə qaçıb. Qardaşımın oğlu batan uşağa kömək etmək üçün suya tullansa da, ona yardım edə bilməyib", - kənd sakini Lətif Abdullayev hadisə barədə danışarkən deyib.

Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzi və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin xilasediciləri tərəfindən meyit sudan çıxarılaraq Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Cəlilabad şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı Baku TV-nin materialında:


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər