Demokratlar debatdan sonra Baydenin əvəzlənməsindən danışırlar - NYT

Demokratlar debatdan sonra Baydenin əvəzlənməsindən danışırlar  - NYT
28 İyn 2024 12:57

ABŞ prezidenti Co Bayden Donald Trampla ilk debatında namizədliyi üçün yeni impuls yaradacağına və seçicilər arasında dəstəyini artıracağına ümid edirdi. Lakin onun zəif və qeyri-ardıcıl performansı "Demokratlar" arasında çaxnaşma dalğasına səbəb oldu. Bu onun ümumiyyətlə namizəd olmasına dəyərdimi sualı ətrfında müzakirələri təzələyib.

News365.az  xəbər verir ki, bu barədə The New York Times (NYT)yazıb.

Məqalə müəllifi qeyd edir ki, Baydenin siyasi performansı onun aktiv və rəqabətli kampaniya apara bilməsi ilə bağlı şübhələri xeyli artırıb. O, yaşı ilə bağlı yaranmış narahatlıqları aradan qaldırmaq əvəzinə, 81 yaşlı Bayden əksinə olaraq arzuolunmaz davranışları ilə yaş amilini əsas mövzuya çevirib: "Aylardır prezidenti ondan narzı olanlardan müdafiə edən demokratlar debat başlayandan bir neçə dəqiqə sonra gərgin telefon zəngləri alıblar və mesajlaşmalara balşayıblar".

Tural

News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər