Startaplara yatırım üzrə ölkəmiz sonuncu yerdədir- SİYAHI

Startaplara yatırım üzrə ölkəmiz sonuncu yerdədir-  SİYAHI
28 İyn 2024 16:21

“Azərbaycan regionda startaplara ən az yatırım edən ölkələr sırasındadır”.

Bunu News365.az –a açıqlqmasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib. O bildirib ki, startapların dəstəklənməsi və inkişafında vençur maliyyələşmə mühüm rol oynayır:

“Qonşu ölkələrin, Mərkəzi Asiya və Cənubi Qafqaz ölkələrinin əksəriyyəti son bir neçə ildə startapların inkişafı üçün vençur bazarını xeyli inkişaf etdiriblər. Bu ölkələr həm yerli vençur fondlarının sayını artırıblar, həm də xarici fondların maliyyəsindən istifadəyə üstünlük veriliblər.

Bizim yeganə vençur fondumuza blok qoyulmasını nəzərə alaraq regiondakı vəziyyətlə bağlı qısa bir araşdırma edərək bəzi rəqəmləri diqqətə çatdırıram :

1. Qazaxıstan

Ötən il vençur maliyyələşmənin həcmi 80 milyon $ olub. Təxminən yarısı yerli investorlar hesabınadır. Hər bir fond üzrə ortalama yatırım məbləği 1 milyon olub. Bu ölkədə 6 vençur fond var

2. Gürcüstan

Ötən il bu ölkədə vençur maliyyələşmənin həcmi 21.5 milyon dollar olub, əvvəlki ildən 4 dəfə artıqdır. 3 vençur fond (bir yerli, 2 xarici) fəaliyyət göstərir

3. Özbəkistan

Ötən il vençur maliyyələşmənin həcmi 6 milyon dollar olub, əvvəlki ildən 2 dəfə artıqdır. 60% -i xarici investisiyadır. Fondların ortalama yatırım məbləği 240 min dollar olub

4. Ermənistan

Ötən il startapların toplam maliyyələşməsinin həcmi 120 milyon dollar olub. Onun 6 milyon dollarını yerli vençur fondları maliyyələşdirib. Bu ölkədə 6 yerli vençur fond fəaliyyət göstərir

5. Qırğızıstan

Ötən il vençur maliyyələşmənin həcmi 1.1 milyon dollar olub. Əvvəlki ildən az olub.

6. Azərbaycan

Ötən il vençur maliyyələşmənin həcmi 2.2 milyon dollar olub, əvvəlki ildən az olub. Bunun təxminən 1 milyon dolları yerli vençur fond hesabına olub.

Cəmi 1 vençur fondumuz var –Caucasus Ventures , onun da bank hesabları Mərkəzi Bank tərəfindən bloklanıb”.

İlhamə Qiyas, News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər