Paşinyan velosiped, Srbazan isə “ZİL“ ilə gəzir -VİDEO

Paşinyan velosiped, Srbazan isə “ZİL“ ilə gəzir  -VİDEO
28 İyn 2024 15:21

Ermənistanın "Vətən uğrunda Tavuş" müxalifət hərəkatının rəhbəri, keşiş Baqrat Srbazan Zəngəzura gedib.

News365.az xəbər verir ki, hökumətyönümlü saytlar Srbazanın Tavuşun arxiyepiskopunun burada sisilə görüşlər keçirəndən sonra özünü reklam etməsini tənqid edib. Məsələ ondadır ki, Srbazan özünü sadə insan kimi göstərərək "ZİL" markalı yük maşını ilə yoluna davam edib. 

Xatırladaq ki, müxalifət mediası da Nikol Paşinyana eyni ittihamlar səsləndirirlər. Onun velosipedlə yürüşlər etməsi xalq içində sadə görünmək kimi təqdim olunur.

Qeyd edək ki, Srbazanın Zəngəzura üç günlük səfərə getdiyi deyilir.

Tural

News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər