Ermənistanda polis zorakılıqları cəzasız qalır

Ermənistanda polis zorakılıqları cəzasız qalır
28 İyn 2024 13:33

Ermənistanda polis zorakılıqları cəzasız qalır. “HayaVote” vətəndaş təşəbbüsü polislərin törətdiyi cinayət əməlləri ilə bağlı Ermənistanın Baş Prokurorluğuna sənədlər göndərib.

“Bu sənədlərdə söhbət 12 iyun hadisələrindən, xüsusən də polis tərəfindən törədilən çoxsaylı qanun pozuntularından bəhs olunur. Həmin faciəli hadisələrdən iki həftədən çox vaxt keçib, cinayət işi açılıb, cinayətlə bağlı çoxsaylı zərərçək də ifadə verib. Proqramın (Sənədlərin-red.)təqdimatında əsas məqsəd ondan ibarətdir ki, 12 iyun hadisələri zamanı nümayişçilərə qarşı ayrı-ayrılıqda xüsusi tədbirlər görülüb və ya təkcə polis zorakılığı halları yox, həm də qəsdən təxribatlar törədilib. Dinc toplantını pozmaq, onu iğtişaşlara çevirmək və yatırmaq üçün polis rəhbərliyinin bir hissəsi də burada iştirak edib”,- deyə "HayaVote" təşəbbüsünün həmtəsisçisi Avetik Çalabyan jurnalistlərə bildirib.

O qeyd edib ki, göndərilən müraciətə ədalətli yanaşma gözləməsələr də, bütün mümkün məhkəmə orqanlarına müraciət edəcəklər. Çalabyan həmçinin hakimiyyət dəyişikliyindən sonra gələcəkdə günahkarların cəzalandırılacağına ümid etdiyini bildirib.

Tural

News365.az


Youtube kanalımız
Həkimlər Klinikalar SEO Xidməti

Oxşar xəbərlər